Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın alacağı mükafat bəlli olub.
Sportinfo.az xəbər verir ki, pley-off-da “Şerif”i mübarizədən kənarlaşdıran ağdamlılar 2 milyon 920 min avro qazanıb.
Bu isə 5 milyon 799 min 828 manat deməkdi. “Qarabağ” qrupda qazanacağı hər qələbəyə görə isə 570 min avro əldə edəcək. Heç-heçənin mükafatı isə 190 min avrodu.

