"Qarabağ"ın iki komandası var"

1 Sentyabr 2018 09:24 Avropa Liqası 752
"Qarabağ"ın iki komandası var"

"Bakıda oynamaq çətindi,.

"Qarabağ" avrokuboklarda çox yaxşı oynayır.

Bu klubun iki komandası var. Biri çempionatda, digəri isə Avropada çıxış edir. Bu, sürprizlərə səbəb ola bilər.

"Sportinq"in necə oynadığını bilmirəm. Amma "Qarabağ" matçlarda yaxşı oyun sərgiləyə bilər. Qrupda bütün komandalara uğurlar arzulayıram. Çox güclü qrupdur".

Sportinfo.az "Recor"da istinadən xəbər verir ki, bunu Avropa Liqasının final matçının səfiri Vəli Qasımov deyib.

O, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində uğurlu nəticə qazanacağına inandığını söyləyib:

"Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində təcrübəsi var. Bakıya gələnlər burdan zövq alacaqlar".

V.Qasımov Portuqaliyanın "Vitoriya" klubunda birgə çıxış etdikləri Manuel Fernandeşlə görüşdüyünü qeyd edib:

"Buraya gələndə sabiq komanda yoldaşımı gördüm. Çox xoşbəxtəm. "Vitoriya"da oynadığım vaxtdan 20 il keçib. Portuqaliyada qalan dostlarımla böyük xatirələrim var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti