"Arsenal"ın baş məşqçisi "Qarabağ" barədə: "Hörmətlə yanaşmalıyıq"

31 Avqust 2018 20:24 Avropa Liqası 813
"Arsenal"ın baş məşqçisi "Qarabağ" barədə: "Hörmətlə yanaşmalıyıq"

"Qrupumuzdakı hər 3 komandaya hörmətlə yanaşmalıyıq.

Bu yarışda böyük bir yol keçmək istəyirik, bir-birindən fərqli oyunlar və fərqli səfərlərimiz olacaq".

Sportinfo.az xəbər verir ki, bunu "Arsenal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis bildirib ki, həftədə iki oyun keçirmək fiziki cəhətdən ağırdır: "Bu, matça hazırlıq üçün az vaxtın olması və fiziki hazırlığın tamamlanması baxımından çətindi.

Lakin biz bunun öhdəsindən gəlmək, çoxlu oyun keçirmək istəyirik. Milli komandaların oyunları ilə əlaqədar fasilə başa çatdıqdan sonra xeyli matça çıxacağıq. Çoxlu oyunçumuzdan yararlanacağımıza təminat verə bilərik".

İspaniyalı baş məşqçi "Sevilya"dakı dövrlə müqayisədə "Arsenal"la bağlı durumun fərqli olduğunu söyləyib:

"Mən karyeramın hər bir dəqiqəsində öyrənmişəm. İndi isə oyundan-oyuna daha da yaxşı olmağa davam etmək istəyirəm. Hər bir oyun 90 dəqiqədən ibarətdi.

Rəqiblərə hörmətlə yanaşıram. Lakin biz hər bir matçda oyunumuzu yaxşılaşdırmaq niyyətindəyik. Bu, həm Avroliqa, həm də Premyer Liqa matçımıza aiddir".

"Arsenal" Avropa Liqasında "Qarabağ", Portuqaliya "Sportinq"i və Ukrayna "Vorskla"sı ilə birgə E qrupunda yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti