“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avorliqanın qrup mərhələsindəki rəqiblərini dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə “CBC sport” telekanalına açıqlama verən 36 yaşı müdafiəçi çətin qrupa düşdüklərini deyib:
“Arsenal”ın oyun üslubu Emeri gəldikdən sonra bir az dəyişib. İndi daha çox pressinqlə oynayırlar.
Çalışırlar ki, rəqibi öz meydanlarında “boğsunlar”. Onların bir-iki yoldaşlıq görüşlərinə baxmışam. “Sportinq” də, “Arsenal” da çox yaxşı komandalardır.
“Arsenal” ümumiyyətlə, turnirin favoritidir. "Vorskla" Ukraynanın klubudur. Təbii ki, biz onların mübarizə aparan, möhkəm komanda olacaqlarını bilirik. Ciddi və güclü qrupa düşmüşük”.
Ağdam təmsilçisi E qrupunda "Arsenal" (İngiltərə), "Sportinq" (Portuqaliya) və "Vorskla" (Ukrayna) ilə mübarizə aparacaq.

