Almeyda və Enrike "Astana"nı bu cür qrupa daşıdı - VİDEO

31 Avqust 2018 17:00 Avropa Liqası 609
Almeyda və Enrike "Astana"nı bu cür qrupa daşıdı - VİDEO

“Astana” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində cavab matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi Qazaxıstan klubu doğma meydanda ilk matçda 0:1 hesablı uduzduğu APOEL ilə qarşılaşıb.

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike 16-cı dəqiqədə penaltidən fərqlənib. Oyunun əsas və əlavə vaxtında hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib.

"Astana" məhz Almeyda və Enrikenin düzgün yerinə yetirdiyi penalti zərbələri ilə 2:1 hesabı ilə qalib gələrək, qrup mərhələsinə vəsiqə qazanıb.

Pedro bu görüşdə meydana start heyətdə çıxıb və sonadək oynayıbsa, Riçard 53-cü dəqiqədə meydana daxil olub. O, 57-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti