Avropa Liqasının kubokunu püşkatma səhnəsinə Qasımov gətirdi

31 Avqust 2018 15:36 Avropa Liqası 630
Avropa Liqasının kubokunu püşkatma səhnəsinə Qasımov gətirdi

Fransanın Monako şəhərində Avropa Liqasının püşkatma mərasimi başlayıb.

Sportinfo.az xəbər verir ki, turnirin kubokunu Avropa Liqasının final matçının səfiri Vəli Qasımov səhnəyə gətirib.

O bildirib ki, Azərbaycanda futbola maraq çox böyükdür. V.Qasımov bunu görmələri üçün bütün komandaların Bakıdakı final matçına vəsiqə qazanmalarını arzuladığını söyləyib.

Daha sonra o, püşkatma səbətlərinin yanına yox, tamaşaçılar arasındakı yerinə qayıdıb. Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 18:10 Çək və bizə göndər!