Avropa Liqasında 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, səsverməyə əsasən, yarışın qalibi - "Atletiko"nun hücumçusu Antuan Qrizmann birinci olub.
O, bu ada namizd olan komanda yoldaşı Dieqo Qodinlə Fransanın "Marsel" klubunun yarımmüdafiəçisi Dmitri Payeti qabaqlayıb.
Qalibin adı Monakodakı Qrimaldi Forumda təşkil olunan Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkündən öncə açıqlanıb.

