"Qarabağ"ın qələbə sevinci və möhtəşəm adamlar - VİDEO+LENT

31 Avqust 2018 10:00 Avropa Liqası 768
"Qarabağ"ın qələbə sevinci və möhtəşəm adamlar - VİDEO+LENT

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasında çıxışını başa vuran Azərbaycan çempionu "Qarabağ" da mübarizəni Avroliqada davam etdirir.

Ağdam klubu bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda “Şerif”lə mübarizə aparırdı. Komandamız səfərdə keçirdiyi ilk oyunda bu rəqibinə minimal hesabla uduzmuşdu. Bu üzdən də, mərhələ adlamaq üçün Ağdam təmsilçisi bu görüşdə azı 2 top fərqi ilə qalib gəlməli idi.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab görüşündə möhtəşəm əzmkarlıq nümayiş etdirən təmsilçimiz 3 cavabsız qolla qalib gəlməklə "Şerif"i mübarizədən kənarlaşdırmağı bacarıb. Nəticədə, "Qarabağ" yenidən Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti