LENT - Azərbaycan futbolunu Avropadan "silmək" istəyənlər

30 Avqust 2018 14:12 Avropa Liqası 716
LENT - Azərbaycan futbolunu Avropadan "silmək" istəyənlər

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasında çıxışını başa vuran Azərbaycan çempionu "Qarabağ" da mübarizəni Avroliqada davam etdirir.

Ağdam klubu bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda “Şerif”i ilə mübarizə aparır. Komandamız Kişinyovda keçirdiyi ilk oyunda bu rəqibinə minimal hesabla uduzub.

Bu üzdən də mərhələ adlamaq üçün Ağdam təmsilçisi bu görüşdə azı 2 top fərqi ilə qalib gəlməlidi. Moldova çempionu dünən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqinə çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti