"Qarabağ"dan heç bir futbolçunu qeyd etmək istəməzdim"

30 Avqust 2018 00:30 Avropa Liqası 524
"Qarabağ"dan heç bir futbolçunu qeyd etmək istəməzdim"

“Bizi çox çətin oyun gözləyir, ilk matçda yaxşı nəticə qazanmışıq.

Növbəti mərhələyə yüksəlmək şansımız var, sonuncu 90 dəqiqəyə çıxacağıq, birinci görüşdəki kimi oynamağa çalışacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu Moldovanın "Şerif” klubunun kapitanı Mateo Suşiç "Qarabağ”la Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.

27 yaşlı bosniyalı müdafiəçi bildirib ki, ötən illə müqayisədə "Qarabağ”ın heyətində dəyişikliklər olub:

"Yeni futbolçular olsa da, komanda əvvəlki futbolu nümayiş etdirir. Düzdür, futbolçuların hələlik bir-birlərinə tam uyğunlaşmadığı, fərdi oyuna üstünlük verdikləri hiss olunur.

Öz futbolumuz oynamalıyıq. Fərdi olaraq heç bir futbolçunu qeyd etmək istəməzdim. Bəli, Emeqaranı təhlik etmişik. Amma komandada başqa yaxşı oyunçular var”.

Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti