Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” - “Şerif” matçına bilet satışı davam edir.
Sportinfo.az xəbər verir ki, sabah baş tutacaq görüşə artıq 15 min bilet satılıb.
.
Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - "Şerif" matçı saat 21:00-da start götürəcək. “Qarabağ” ilk oyunda səfərdə 0:1 hesabıyla məğlub olub.

