Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olan "Şerif” cavab oyunu üçün Azərbaycana gəlib.
Sportinfo.az xəbər verir ki, Tiraspol təmsilçisi bu gün səhər saatlarında Bakıya çatıb.
Birbaşa çarter reysi tapa bilməyən Moldova klubu ölkəmizə "Neftçi"nin də sponsoru olan “Türk Hava Yolları”nın Kişinyov-İstanbul-Bakı reysi ilə gəlib.
Rəqib komanda Bakıdakı "Bulvar" otelində məskunlaşıb. “Şerif”in üzvləri bu gün axşam saatlarında Tofiq Bəhramov adın Respublika Stadionundan son məşqə çıxacaq.
Tərəflər arasında Moldovada baş tutan ilk oyunda “Şerif” minimal hesablı qələbəyə sevinib. Cavab matçı isə sabah Tofiq Bəhramov adına Respublik Stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

