Sportinfo.az xəbər verir ki, avqustun 30-da keçiriləcək «Qarabağ» - «Şerif» qarşılaşması Moldovada canlı yayınlanmayacaq.
Xatırlayırsızsa, ötən həftə azərbaycanlı futbolsevərlər məlum qarşılaşmanı televiziya vasitəsi ilə izləyə bilməmişdi.
Buna səbəb isə qarşı tərəfin acgözlük həvəsinə düşməsiydi. “CBC Sport”dan analoqu olmayan məbləğ – 150 min avro (təxminən 300 min manat) tələb edən Tiraspol təmsilçisi sonda istəyinə çatmamışdı.
Təbii, cavab oyununu göz önünə gətirib etmişdilər. Çünki Bakıdakı qarşılaşmanın ölkələrində yayınlanmasında maraqlı deyildilər.
Maraqlıdı ki, fikirlərindən dönməyiblər. Oyuna 1 gün qalmasına baxmayaraq, “Şerif” rəsmiləri teleyayınla bağlı nə “Qarabağ”a, nə də matçı göstərəcək “CBC Sport”a müraciət edib. Çox güman, heç etməyəcəklər də.

