Cümə axşamı gözlər Tofiq Bəhramov adına Respublika stadionuna dikiləcək.
Son həftələrin müzakirə olunan komandası “Qarabağ”ın “Şerif”lə cavab görüşündə nə ilə yadda qalacağı səbirsizliklə gözlənilir.
Moldovalı qonaqlar Bakıya bu gün gələcək.
Sportinfo.az xəbər verir ki, “Şerif” rəhbərliyi Kişinyov - Bakı səfərini həyata keçirəcək çarter reysi tapa bilməyiblər.
Bir neçə şirkətlə əlaqə qursalar da, istəkləri gerçəkləşməyib. Belədə “Turk Hava Yolları”nın Kişinyov – İstanbul - Bakı tranzit reysinin ümidinə qalıblar. Məskunlaşacaqları otel isə “Bulvar”dı.

