Sportinfo.az xəbər verir ki, "Qarabağ"la Avropa Liqasının pley-off mərhələsinin matçda yeganə qolunun müəliif olan, çempionatı da nəzərə alsaq ardıcıl 2-ci matçdı meydanı qolsuz tərk etməyən "Şerif"in yarımmüdafiəçisi Rifet Kapiç klubun mətbuat xidmətinə müsahibə verib. .
Rifet, matç haqda ümumilikdə nə deyərdin?
- Qarşılaşma çətin, ağlr alındı. Hər 2 komanda qələbə qazanmaq istəyirdi. Yaxşı oynadıq və layiqli qələbə qazandıq. Əsas odur ki, rahatçılığı və konsentarsiyanı saxlayırıq. Bakıya müsbət nəticəylə yollanırıq.
Qol epizodunu xatırla...
- Bu, ötürülməyən hissdi. Matçdan sonra həqiqətən razı qaldım. Komandaya kömək edə biləndə, qol vuranda, özümü xoşbəxt hiss edirəm Hər qarşılaşmaya yüz faiz gücümü qoymağa çalışıram.
Qapıya yol tapçaq üçün daha bir neçə imkanınız oldu. Üstünlüyü artırmaq üçün nə çatmadı?
- İkinci qolu vurmağı çox istəyirdik, bir neçə qol imkanımız vardı. Təəssüf ki, hücumlarının yekununda konsentrasiya çatmadı. Buna baxmayaraq, nəticədən razıyıq.
Cavab qarşılaşması necə olacaq?
- Çətin görüş olacaq. Özümə və komandama inanıram. Müdafiədə kompakt olmalı və hücumda şansımızı gözləməliyik. Ancaq təkrar edirəm ki, müsbət nəticəmiz var. Səfərdə də buna nail olmalıyıq.
"Qarabağ"ın cavab qarılaşmasında erkən qol vurmasını gözləmək olarmı?
- Bəli, razıyam. Onlar ilk dəqiqələrdə hücum edərək erkən qol vurmağa çalışacaq. Ancaq bizim də güclü tərəflərimiz var. Öz oyunumuza köklənməliyik.

