"Həmin vaxt "Qarabağ" çox yaxşı və bizdən güclü idi"

25 Avqust 2018 18:48 Avropa Liqası 615
"Həmin vaxt "Qarabağ" çox yaxşı və bizdən güclü idi"

"Keçən il Çempionlar Liqasında bu rəqibə uduzmuşduq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Şerif"in hücumçusu Ziquy Badibanqa deyib.

Belçikalı futbolçu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a 1:0 hesabıyla qalib gəldikləri matçı dəyərləndirib:

"Həmin vaxt "Qarabağ" çox yaxşı idi və bizdən güclü idi. Bunun nəticəsi kimi də qalib gəlmişdilər. Bu dəfə onlara qarşı fərqli oynadıq.

Evdə uduzmaq haqqımız yox idi. 1:0 elə böyük hesab sayılmasa da, qapımızdan top buraxmamışıq. Ona görə də bunu yaxşı hesab sayıram.

Bu matçda Abdulla Zubirin ilk dəqiqələrdən meydana çıxmaması bizim üçün yaxşı hal idi. Çünki Zubir, demək olar ki, "Qarabağ" üçün açar oyunçudu.

Onun olmamasının səbəbini bilmirəm. Böyük ehtimalla, Bakıda əsas heyətdə meydana çıxacaq. Yəqin ki, bizim üçün çətinlik yaradacaq, amma onu bağlamağa çalışacağıq.

"Qarabağ"ı evində məğlub etmək çətindi. Bunu bilirəm. Respublika stadionunda oynamışıq və düşünürəm ki, möhtəşəm fanat dəstəyi yenə olacaq.

Orda azarkeşlər "Qarabağ" üçün əla ab-hava yaradırlar. Buna baxmayaraq yenidən Avropa Liqasının qrup mərhələsində oynamağa çalışacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti