"Şerif" "Qarabağ"la oyunda ən yaxşı göstəriciyə imza atdı

25 Avqust 2018 11:36 Avropa Liqası 430
"Şerif" "Qarabağ"la oyunda ən yaxşı göstəriciyə imza atdı

“Şerif” Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdiyi ilk oyunda rekorda imza atıb.

Sportinio.az xəbər verir ki, Tiraspol təmsilçisi avrokuboklarda ardıcıl 5 ev oyununda qapısını toxunulmaz saxlamağı bacarıb.

Bu isə yalnız “Şerif”in deyil, Moldova klublarının avrokuboklarda ən yaxşı göstəricisidir.Bu görüşlərdə komandanın qapısını Zvonimir Mikuliç və Sergey Paşenko qoruyub.

Bu komandalar arasında cavab oyunu avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti