
"Qarabağ"ın oyunu haqda birmənalı fikir yazmaq çətindi.
Çünki qarşıda ikinci oyun var və qrup şanslarımız hələ də qalıb.
Üstəlik, Bakıda Emeqara da oynayacaq. Ona görə, ümumi təhlili cavab matçından sonra söyləmək olar.
Amma ilk oyunda narahat edici məqamlar da gözdən qaçmadı. 90 dəqiqə ərzində nəinki real qol epizodu yaradıldı, heç çərçivəyə bir zərbə belə vurulmadı.
3-4 gün öncə "Səbail"in qapısına çox rahat şəkildə iki qol vuran Mahir Mədətov Avropa arenasında yenə itib-batdı. Bədavi aşkar geriləyib. Ozobiç Almeydanın etdiyinin heç 10 faizini edə bilmir.
Zubir açıq şəkildə fərdi oyuna üstünlük verir. Ən pisi isə B variantının olmamasıdır. Bəlkə də var, amma oyunda görünmür. İstənilən halda, ikinci oyuna ümidlərim böyükdü.
Allah eləməmiş, "Qarabağ" qrupa düşə bilməsə, bu, artıq, Azərbaycan futbolunun ciddi şəkildə tənəzzüldə olduğunun bariz sübutu olacaq.
Bu günə kimi "Qarabağ"ın arxasında gizlənənlərin də istinad nöqtəsi sınmış olacaq...
Anar Xanlarov

