Əliyar Ağayev “Gent” – “Bordo” oyununu idarə etdi - VİDEO

24 Avqust 2018 13:12 Avropa Liqası 632
Əliyar Ağayev “Gent” – “Bordo” oyununu idarə etdi - VİDEO

FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı baş hakim Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Gent” – “Bordo” oyununu idarə edib.

Belçikada baş tutan qarşılaşmada hesab açılmayıb. Əliyar Ağayev bu oyunda əlini cəmi 2 dəfə cibinə atmalı olub.

O, oyunun 41 və 90+3-cü dəqiqəsində “Bordo”nun futbolçusu Xules Kundeni sarı vərəqə ilə cəzalandırıb. Kunde ikinci "sarı"nı aldığı üçün meydandan qovulub.

Əliyar Ağayevə bu qarşılaşmada Rza Məmmədov və Zeynal Zeynalov kömək ediblər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti