Braziliyalı qapıçı Vaqner da Silvanın "Qarabağ"da "quru seriya"sı qırılıb.
Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının ilk 2 təsnifat mərhələsində çıxış edən qolkiper 4 matçda qapısını toxunulmaz saxlaya bilmişdi.
Ağdam klubunun qitəmiqyaslı turnirdə "quru seriya"sı III təsnifat mərhələsində BATE-ylə ev matçında - 36-cı dəqiqədə qırılsa da, onda "çərçivə"də islandiyalı Hannes Halldorsson idi. Nəticədə "Qarabağ" 396-cı dəqiqədə dayandı.
Hannes Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə səfər matçı öncəsi zədələndiyindən, qapı yenə Vaqnerə tapşırıldı. O, artıq 8-ci dəqiqədə qapısından top çıxardı və bu, matçda yeganə qol oldu.
Nəticədə Vaqnerin şəxsi seriyası 368-ci dəqiqədə qırıldı. Göründüyü kimi, braziliyalı qolkiperin komandasının seriyasına çatmasına 28 dəqiqə çatmadı.

