Almeydalı “Astana” da “Qarabağ”ın aqibətini yaşadı

24 Avqust 2018 00:10 Avropa Liqası 670
Almeydalı “Astana” da “Qarabağ”ın aqibətini yaşadı

“Qarabağ” kimi, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran və Avroliqaya düşən “Astana” da bu gün sözügedən turnirdə ilk matçını keçirib.

Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun baş məşqçisi olduğu, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi sözügedən klub səfərdə APOEL ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1. Millimizin üzvü bu görüşün iştirakçısı olmayıb. Almeyda sonadək ehtiyatda qalıb. Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Astanada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti