“Şerif” - “Qarabağ”: Bütün bunlar məğlubiyyətə əngəl olmadı: STATİSTİKA

24 Avqust 2018 00:00 Avropa Liqası 840
“Şerif” - “Qarabağ”:   Bütün bunlar məğlubiyyətə əngəl olmadı: STATİSTİKA

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu Moldovada "Şerif"ə uduzub.

Təmsilçimiz matçda daha üstün tərəf olsa da, rəqib 1 qolla qələbə qazanmağı bacarıb.

Maraqlıdı ki, Tiraspol təmsilçisinin qapıya gedən yeganə zərbəsi qolla nəticələnib. Ağdam klubu isə ümumiyyətlə "çərçivə"yə düşə bilməyib. Komandanın 7 zərbəsindən heç biri qapıya getməyib.

"Qarabağ" topa yiyələnmə faizində də rəqibindən üstün olub - 55:45. Ancaq bütün bunlar məğlubiyyətə əngəl ola bilməyib. UEFA-ya istinadən qarşılaşmanın ümumi statistikasını təqdim edirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti