"Qarabağ" Moldovadan minimalhesablı məğlubiyyətlə dönür

23 Avqust 2018 22:52 Avropa Liqası 1 655
"Qarabağ" Moldovadan minimalhesablı məğlubiyyətlə dönür

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində uğursuzluqla üzləşən “Qarabağ” da avrokuboklardakı mübarizəsini məhz Avroliqada davam etdirir.

Ağdam klubu bu turnirdəki ilk sınağında "Şerif”lə qarşılaşıb. Təmsilçimiz ilk oyununu səfərdə keçirib. Bu üzdən də Tiraspolda cavab matçı öncəsi sərfəli nəticə qazanmaq vacib idi.

Lakin təəssüf ki, Ağdam təmsilçisi bu görüşdə minimal hesabla məğlub olub. Bu komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

"Şerif" - "Qarabağ" 1:0
Qol: R.Kapiç, 8.
Hakimlər: Harald Lexner, Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Veynberqer (hamısı Avstriya).
Tiraspol. “Şerif” stadionu.

Şerif: 33. Sergey Paşenko, 9. Jo Santos, 15. Kristiano, 18. Georgi Anton, 23. Vladimir Kovaçeviç, 39. Ziqi Badibanqa, 55. Mateo Suşiç (k), 77. Yuri Kendiş, 88. Rifet Kapiç, 90. Vyaçeslav Posmak, 97. Aleksandr Boyçuk.
Ehtiyat oyunçular: 21. Nikolay Çebotari, 4. Petru Raku, 7. Jerson Rodriqes, 14. Benjamin Balima, 19. Antun Paliç, 35. Ante Kuluşiç, 45. Alhaci Kamara.
Baş məşqçi: Qoran Sabliç.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 19. Filip Ozobiç, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 17. Abdulla Zubir, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti