Avropa Liqasının pley-off mərhələsində bu gün səfərdə “Şerif”lə qarşılaşacaq “Qarabağ” problemlə üzləşib.
Sportinfo.az xəbər verir ki, komandanın əsas qapıçısı Hannes Halldorsson zədələnib. Dünənki məşqdə sol əzələsindən xəsarət alan islandiyalı qolkiperin bu gün meydana çıxıb-çıxmayacağı sual altdındadı.
“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun isə “Şerif”ə qarşı oynamaq ehtimalı yüksəkdir. Bir neçə gündü qızdırması olan müdafiəçi dünənki məşqdə iştirak edib. Matç Bakı vaxtı ilə 21:00-da başlayacaq.

