Rəşad Sadıqov Kişinyovda bu cür dəstək aldı - FOTO

23 Avqust 2018 12:36 Avropa Liqası 885
Rəşad Sadıqov Kişinyovda bu cür dəstək aldı - FOTO

Bu gün "Qarabağ" Avropa Liqasının "play-off" mərhələsində ilk oyununa çıxacaq - rəqib Moldova çempionu "Şerif" olacaq.

Tiraspoldakı "Şerif" İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmaya maraq yetərincədi.

"Şerif"də heyət sarıdan heç bir problem yoxdu. "Qarabağ" isə bugünkü oyuna itkilərlə çıxacaq. İnnosent Emeqara cəzalı, Dani Kintana zədəli olduğu üçün forma geyinməyəcək.

Eyni zamanda Rəşad Sadıqov xəstələndiyi üçün son çalışmalarda iştirak etməyib. Bununla belə, Kişinyovda yaşayan həmyerlilərimiz komandanın kapitanını tək buraxmayıb.

Bir qrup "Qarabağ"lı futbolçularımızın olduğu yerə gələrək, Sadıqovla şəkil çəkdirib, ona dəstək verib (Sportinfo.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti