“Qarabağ”ın rəqibini Ələsgərovla nə bağlayır?

22 Avqust 2018 17:12 Avropa Liqası 583
“Qarabağ”ın rəqibini Ələsgərovla nə bağlayır?

“Qarabağ”ın Avropa liqasının pley-off mərhələsində rəqibi olan “Şerif”in yüksəlməsində komandanı çalışdırmış mərhum azərbaycanlı Əhməd Ələsgərovun böyük rolu olub.

Sportinfo.az xəbər verir ki, 1997-ci il aprelin 4-də yaradılan “Şerif” elə ilk cəhddən elitaya yüksələ bilib.

Bunda isə komandanı çalışdırmış Əhməd Ələsgərovun böyük əməyi olub. Amma tiraspollular elitada ona güvənməyi lazım bilməyiblər.

Elitadakı debüt mövsümündə dördüncü yerlə kifayətlənən komanda elə həmin il – 1999-un yazında ölkə kubokunu qazanıb.

Ağdam klubunu sabah qonaq edəcək moldovanların bizimlə daha bir əlaqəsi isə budur ki, klubun sabiq baş məşqçisi, Liviya əsilli italiyalı Roberto Bordin indi “Neftçi”ni çalışdırır.

Ə.Ələsgərov Bakının "Neftçi" (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın "Pamir" (Düşənbə, 1972), Ukraynanın "Çernomorets" (Odessa, 1973-1977), Naxçıvanın "Araz" (1979), Moldovanın "Nistru" (Kişinyov, 1988-1989), "Şerif" (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb. O, 2015-ci ildə vəfat edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti