“Şerif” "Qarabağ"la oyun üçün "CBC Sport"dan 150 min istəyir

22 Avqust 2018 15:36 Avropa Liqası 804
“Şerif” "Qarabağ"la oyun üçün "CBC Sport"dan 150 min istəyir

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Şerif”lə səfər oyunu Azərbaycanda yayımlanmaya bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb Moldova klubunun Avroliqanın yayım hüququnu alan “CBC Sport” telekanalından yüksək məbləğ tələb etməsidi.

Tiraspol təmsilçisi telekanal rəhbərliyindən 150 min avro tələb edib ki, hazırda “CBC Sport” bu pulu ödəmək gücündə deyil. Məhz bu səbəbdən canlı yayım ehtimalı çox azdı.

Çempionlar Liqasından fərqli olaraq, Avropa Liqasının pley-off mərhələsində yayım hüququ televiziyalarda yox, klubların özündə olur.

“Qarabağ”ın ötən il Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şerif”lə səfər oyunundan öncə də eyni problem yaşanmışdı.

Tiraspol klubu 100 min avro tələb etdiyindən matçın canlı yayımı alınmamışdı. Budəfəki oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti