"Qarabağ" və "Şerif" arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.
Sportinfo.az-ın Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qiymətlər sektorlara uyğun olaraq, 1 manat, 2 manat, 3 manat, 5 manat və 10 manat arasında dəyişir.
VİP biletlər isə 50 manatadır. Biletlər "Park Bulvar"dakı "Qarabağ" FK Fan-şopunda, Tofiq Bəhramov adına Respublika Stadionun kassalarında, "28 Mall"da və onlayn olaraq iTicket.az saytı vasitəsilə satılır.
Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı. Avqustun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - "Şerif" matçı saat 21:00-da start götürəcək. İlk oyun isə avqustun 23-də Tiraspoldakı "Şerif" İdman Kompleksinin stadionunda təşkil olunacaq.

