“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının IV raundunda “Qarabağ” – “Şerif” cütlüyü ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, ötən mövsümün sonunadək Moldova təmsilçisinin sükanı arxasında dayanmış italiyalı mütəxəssis qapalı da olsa, “Şerif”ə azarkeşlik edəcəyini bildirib:
“Kimə azarkeşlik edəcəm? Mən “Neftçi”yə azarkeşlik edirəm. Bəli, “Şerif”də işləmişəm və istəyirəm ki, bu komanda qələbələr qazansın. Ancaq cütlüyün taleyi ilə bağlı heç bir proqnoz verməyəcəm”.
Ötən mövsüm Çempionlar Liqasının III təsnifat raundunda “Qarabağ” Roberto Bordinli “Şerif” səddini aşmağı bacarmışdı.
Bakıdakı görüş qolsuz bitmiş, Kişinyovdakı cavab qarşılaşmasında isə Dino Ndolovu ilə Miçelin vurduğu qollar Azərbaycan çempionuna 2:1 hesablı qələbə gətirmişdi.

