"Qarabağ"ın "Şerif"lə ilk oyunu avstriyalı hakimlərə tapşırıldı

18 Avqust 2018 15:48 Avropa Liqası 550
"Qarabağ"ın "Şerif"lə ilk oyunu avstriyalı hakimlərə tapşırıldı

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Moldovada “Şerif”ə qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, avqustun 23-də Tiraspolda baş tutacaq görüş avstriyalı hakimlərə həvalə olunub.

Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcək.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopainedi.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM