“Qarabağ” Avroliqada qrupa düşsə, hansı səbətdə yer alacaq?

17 Avqust 2018 19:36 Avropa Liqası 1 197
“Qarabağ” Avroliqada qrupa düşsə, hansı səbətdə yer alacaq?

Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran “Qarabağ”ın yoluna Avropa Liqasında davam etdiyindən xəbərdarsız.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu qitənin ikinci dərəcəli klub turnirinin pley-offunda Moldova “Şerif”i ilə mübarəziə aparacq.

Bəs “Qarabağ” qrupa yüksələcəyi halda hansı səbətdə yer alacaq? Bu suala indidən dəqiq cavab vermək mümkün deyil. Ancaq bəlli olan bəzi məqamlar var.

Ağdam klubu qrup mərhələsinə yüksələcəyi halda daha zəiflərin qərarlaşdığı sonuncu – 4-cü səbətdə olmayacaq. Bu isə o deməkdi ki, təmsilçimiz üçün azı 1 münasib təqib olacaq.

Bir qədər də irəli getsək, “Qarabağ”ın 2, və ya 3-cü səbətdə olacağını ehtimal edə bilərik. İndiki məqamda edilən ehtimallara görə, (bütün cütlərdə favoritlərin mərhələ keçəcəyi, ÇL pley-offundan daha zəiflərin AL qrupuna düşəcəyi hallar) Qurban Qurbanovun komandası 3-cü səbətdədi.

Təmsilçimiz reytinqinə əsasən, burda 4-cü sıradadı. Bu isə komandanın 2-ci səbətə düşməsini mümkün edir.

Ancaq bunun üçün bəzi cütlərdə sürpriz baş verməli, bəzi komandalar isə sürprizə imza atmamalıdı. AL-in pley-offunda azı 4 sürpriz baş verməlidi,

ÇL-də isə favoritlər qrup mərhələsinə vəsiqə qazanmalıdı. Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti