AFFA Vəli Qasımovu səfir təyin etdi

17 Avqust 2018 17:24 Avropa Liqası 684
AFFA Vəli Qasımovu səfir təyin etdi

Azərbaycanı UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində iştirak edəcək səfirlərdən birinin kimliyi müəyyənləşib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həmin şəxs futbol veteranı Vəli Qasımovdu.

Yarışın final matçının 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunmasıdı. Qaydalara əsasən, final oyununun səfiri veteran futbolçulardan biri olmalıdı.

O, qrup mərhələsindən başlayaraq, bütün püşkatma mərasimlərinə qatılmalıdır. Qrup mərhələsinin püşkatma mərasimi isə avqustun 31-də Monakoda keçiriləcək.

Bu mövsüm Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə yüksələ bilər.

Bunun üçün Ağdam komandası Avroliqanın III təsnifat mərhələsində Moldova "Şerif"ini üstələməlidir. İlk matç avqustun 23-də Tiraspolda, cavab görüşü isə ayın 30-da Bakıda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti