"Qarabağ" Azərbaycanın superklubu kimi qalmaq üçün nə etməlidi?

17 Avqust 2018 16:24 Avropa Liqası 794
"Qarabağ" Azərbaycanın superklubu kimi qalmaq üçün nə etməlidi?

"Qarabağ"ın pley-offda "Şerif"lə qarşılaşması qrupa düşmək üçün yetərincə böyük şansdı.

Və budəfəki qruplar əvvəlkilərdən daha dəyərli, daha vacib olacaq.

Çünki ilk dəfə qrupa püşkatmadan 3-cü, hətta bəzi nəticələr olarsa, 2-ci səbətdən qatılma imkanımız olacaq.

Çox ciddi məqamdı. Qrupdan çıxmaq şansımız çox realdı. QRUPDAN ÇIXMAQ! Futbol tariximizin futbol təsərrüfatı, təşkilatçılığı, quruculuğu və digər təməl meyarlar baxımından ən bərbad ilində ən böyük tarixi yazmaq, inanılmazı gerçəkləşdirməkdən də ötə bir şeydi.

Bu, artıq uşaq oyunu deyil.

Əminəm ki, klubda da hər şeyi yaxşı başa düşürlər. Başa düşürlər ki, "Şerif" keçilməlidi. Ölkə futbolunu bir qırağa qoyuram. Elə klubun uzaq və yaxın gələcəyi üçün bu edilməlidi.

İşin arxasında böyük maliyyə məsələləri var. Büdcəyə istənilən maddi geridönüş bu böyük layihənin ömrünü bir, ya bir neçə il daha uzada bilər. Nə qədər gizlədilsə də, son bir ildə bu baxımdan vəziyyət o qədər də yaxşı deyildi və müəyyən işarələr görünürdü.

Hazırda belə problem yoxdu, amma gedişat pisləşdikcə olmayacağına da əmin olmaq olmaz. Klub üçün çox vacib məqamdı. "Qarabağ" Azərbaycanın superklubu kimi qalmaq, bir az da ağır desək, klub olaraq nəhəngliyini qorumaq üçün moldovanları arxada qoymalıdı.

Rəqib güclü deyil, hətta zəifdi də. Başını aşağı salıb işləmək, ən adi oyun tərziylə də olsa, keçmək lazımdı.

Qurban Qurbanov və yetirmələri belə işlərin öhdəsindən dəfələrlə gəliblər, bu dəfə də gələcəyinə əminlik var.

Uğurlar olsun!

KƏNAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti