"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşdi - "Şerif"

17 Avqust 2018 01:00 Avropa Liqası 642
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşdi - "Şerif"

"Qarabağ"ın Avropa Liqasının "play-off" mərhələsindəki rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, "Şerif"di.

Tiraspol şəhərinin təmsilçisi Avroliqanın III təsnifat mərhələsində İslandiya "Valür"ünü mübarizədən kənarlaşdırıb. Ötən həftə Moldovadakı ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Qoran Sabliçin baş məşqçisi olduğu kollektiv cavab oyununda uduzub - 1:2.

Hesabı 40-cı dəqiqədə islandiyalı Haukur Pall Siqurdsson açıb. 68-ci dəqiqədə isə Zigi Badibanqa bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə Kristinn İngi Halldorsson "Valür"ün qələbə topunu vurub.

Lakin Moldova komandası səfər qolu sayəsində mərhələ adlayıb. Beləliklə, "Qarabağ"la "Şerif" ardıcıl ikinci mövsüm avrokuboklarda bir-birinə rəqib olub.

Ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edən görüşdə Azərbaycan komandası iki oyunun nəticəsində qalib gəlib - 0:0, 2:1.Budəfəki qarşılaşmalar isə avqustun 23-də Tiraspolda, avqustun 30-da isə Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti