Avroliqa matçında insident: Hakimin başını yardılar - VİDEO

10 Avqust 2018 13:36 Avropa Liqası 506
Avroliqa matçında insident: Hakimin başını yardılar - VİDEO

Avstriyada "Şturm" və Kiprin AEK komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu yarımçıq dayandırılıb.

Sportinfo.az xəbər verir ki, 78-ci dəqiqədə yan xətt hakiminin başına tribunadan atılan şüşə qab dəyib.

Nəticədə yerə sərilən laynsmanın başından qan açılıb. Bunu görən isveçli baş hakim Məhəmməd əl-Hakim komandaları paltardəyişmə otağına göndərib.

"Şturm"un mətbuat xidməti fanatların hərəkətini yolverilməz və klubun nüfuzuna xələl gətirən addım adlandırıb. Habelə, insidentin səbəbkarının saxlanıldığı açıqlanıb.

İnsident zamanı AEK 2:0 hesabı ilə öndə olub. Görüş 40 dəqiqə sonra bərpa edilib və elə bu hesabla da yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti