Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportinfo.az xəbər verir ki, Avropanın müxtəlif şəhərlərində 35 qarşılaşma keçirilib.
“Şerif” öz meydanında İslandiyanın “Valyur” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində BATE-ni mübarizədən kənarlaşdıra bilməsə, o zaman Avroliqanın pley-offunda məhz bu cütün qalibi ilə qarşılaşacaq.
"Beşiktaş" İstanbulda Avstriyanın LASK klubu ilə qarşılaşıb. Türkiyə təmsilçisi 1 cavabsız qolla rəqibini üstələyib. Digər Türkiyə klubu "Başakşəhər" isə doğma meydanda "Bernli" (İngiltərə) qolsuz heç-heçə edib.
"Zenit" səfərdə "Dinamo"ya (Minsk) 0:4 hesabı ilə uduzub. "Sevilya" isə İspaniyada "Jalqris"dən (Litva) üstün olub - 1:0.
Ufa (Rusiya) - Proqres (Lüksemburq) 2:1
Alaşkert (Ermənistan) - ÇFR Kluj (Rumıniya) 0:2
Spartak (Latviya) - Suduva (Litva) 0:1
Hapoel (Hayfa, İsrail) - Atalanta (İtaliya) 1:4
Leyptsiq (Almaniya) - Universitatya (Krayova, Rumıniya) 3:1
Apollon (Kipr) - Dinamo (Brest, Belarus) 4:0
Dinamo (Minsk, Belarus) - Zenit (Rusiya) 4:0
Şerif (Moldova) - Valyur (İslandiya) 1:0
Hapoel (Beer Şeva, İsrail) - APOEL (Kipr) 2:2
Ludoqorets (Bolqarıstan) - Jrinski (Bosniya və Herseqovina) 1:0
Mariupol (Ukrayna) - Bordo (Fransa) 1:3
Siqma (Çexiya) - Kayrat (Qazaxıstan) 2:0
Şturm (Avstriya) - AEK (Larnaka, Kipr) 0:2
Torpedo (Kutaisi, Gürcüstan) - Kukesi (Albaniya) 5:2
Trençin (Slovakiya) - Feyenoord (Hollandiya) 4:0
Yagelloniya (Polşa) - Gent (Belçika) 0:1
Nordsyelland (Danimarka) - Partizan (Serbiya) 1:2
ÇSKA (Sofiya, Bolqarıstan) - Kopenhagen (Danimarka) 1:2
Beşiktaş (Türkiyə) - LASK (Avstriya) 1:0
Genk (Belçika) - Lex (Polşa) 2:0
Başakşəhər (Türkiyə) - Bernli (İngiltərə) 0:0
Olimpiya (Sloveniya) - HJK (Finlandiya) 3:0
Olimpiakos (Yunanıstan) - Lütsern (İsveçrə) 4:0
Vitess (Hollandiya) - Bazel (İsveçrə) 0:1
Zarya (Ukrayna) - Braqa (Portuqaliya) 1:1
Kork Siti (İrlandiya) - Rusenborq (Norveç) 0:2
Spartak (Subotiça, Serbiya) - Bröndbü (Danimarka) 0:2
Hayduk (Xorvatiya) - Styaua (Rumıniya) 0:0
Hibernian (Şotlandiya) - Molde (Norveç) 0:0
Reyncers (Şotlandiya) - Maribor (Sloveniya) 3:1
Sarpsborq (İsveç) - Riyeka (Xorvatiya) 1:1
TNS (Uels) - Midtyulland (Danimarka) 0:2
Legiya (Polşa) - Düdelanj (Lüksemburq) 1:2
Slovan (Bratislava) - Rapid (Avstriya) 2:1
Sevilya (İspaniya) - Jalgiris (Latviya) 1:0

