"Azərbaycanlı hakim oyunu yaxşı idarə etmədi, çox ləng idi"

10 Avqust 2018 10:48 Avropa Liqası 647
"Azərbaycanlı hakim oyunu yaxşı idarə etmədi, çox ləng idi"

"Zalsburq"un baş məşqçisi Marko Rouz a.çıqlama verib.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı almaniyalı mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya 3:0 hesablı qalib gəldikləri oyundan sonra oyunun baş hakimi Əliyar Ağayevin idarəçiliyi haqda danışıb.

Mütəxəssis Ağayevi yanlış qərarda günahlandırıb: "Azərbaycanlı hakim ümumilikdə oyunu yaxşı idarə etmədi, çox ləng idi.

Yunusoviçin qırmızı vərəqə aldığı epizodla bağlı fərqli qərar da vermək olardı, amma çox danışmaq istəməzdim. Cavab matçında onu əvəz edəcək futbolçularımız var".

Oyunun 83-cü dəqiqəsində ikinci sarı vərəqə ilə oyundan qovulan 30 yaşlı avstriyalı futbolçu Zlatko Yunusoviç bu qərara etiraz edib:

"Qırmızı vərəqə almağım lazımsız qərar idi. İlk sarı vərədə tamamilə yanlış oldu, çünki simulyasiya etməmişdim.

Həmin vəziyyətdə rəqib cəzalandırılmalı idi, mən yox. İkinci epizod isə oyun ərzində etdiyim ilk qayda pozuntusu oldu. Hakim belə qərar verməməli idi".

Ağayev bu matçda penalti verməklə yanaşı, əlini 3 dəfə cibinə salıb. "Zalsburq"un futbolçusu Zlatko Yunusoviçi 19-cü dəqiqə və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub. "Şkendiya"dan Mevlan Muratini isə "sarı" ilə cəzalandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti