Ağayev Avropa Liqasının pley-off mərhələsinə təyinat aldı

9 Avqust 2018 17:12 Avropa Liqası 510
Ağayev Avropa Liqasının pley-off mərhələsinə təyinat aldı

FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının pley-off mərhələsinin oyununa təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ağayev pley-off mərhələsi çərçivəsində “Yaqelloniya” (Polşa) – “Gent” (Belçika) cütünün qalibi ilə “Mariupol” (Ukrayna) – “Bordo” (Fransa) duelinin güclüsü arasında keçiriləcək ilk oyunun baş hakimi olacaq.

Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Pley-off mərhələinin ilk matçları avqustun 23-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!