"Qəbələ"nin yolunun eniş-yoxuşlu olmaması üçün…

4 Avqust 2018 19:00 Avropa Liqası 670
"Qəbələ"nin yolunun eniş-yoxuşlu olmaması üçün…

Avropa Liqasının birinci mərhələsində Azərbaycanın üç klubunu mübarizədən kənarlaşdıran üç komandadan ikisi növbəti mərhələdə mübarizəni dayandırıb.

“Qəbələ”nin rəqibi olmuş Lüksemburq “Proqres”i ilk oyunda 0:1 hesabı ilə uduzğudu Macarıstan “Honved”ini evdə 2:0 hesabı ilə məğlub etməyi bacarıb və üçüncü mərhələdə iştirak hüququ qazanıb.

Üçüncü mərhələdə "Proqres" Rusiya təmsilçisi "Ufa" ilə qarşılaşacaq.

“Neftçi” ilə oynamış “Uypeşt” (Macarıstan) və “Keşlə”ni mübarizədən kənarlaşdırmış “Baltsan” (Malta) isə uğursuzluqla üzləşiblər. “Uypeşt” İspaniya “Sevilyası”na (ilk oyun 0:4, cavab matçı 1:3), “Baltsan” isə Slovakiya “Slovan”ına (2:1, 1:3) uduzaraq Avroliqayla erkən vidalaşıblar.

Azərbaycan klublarının builki Avropa kubokları uğrunda mübarizəsində inanmaq istəmədiyimiz, lakin dilə gətirməyə çəkindiyimiz baş verdi. Açığı, hətta «Qəbələ» ilə «Keşlə»nin də uğur üçün hər bir əsası var idi.

Bunu cavab görüşləri də əyani nümayiş etdirdi. Fəqət təmsilçilərimiz qüvvələrini doğru hesablamadılar. Daha doğrusu, ikinci oyun ərəfəsi «Keşlə»də nə baş verdisə, baş məşqçi Yuri Maksimov istefa verdi. Bəlkə də ilk görüşdəki məğlubiyyət səbəbi bir gün məlum olacaq bu istefanın preambulası idi.

Bəli, bəzi nağılların sonu yaxşı bitmir. Cavab görüşündə komandanın ruhsuz bədənə oxşaması da yəqin buradan irəli gəlirdi. Açığı, fiziki, funksional natamamlıq bir kənara, əgər klubun problemi yalnız məşqçi ilə bağlı olsaydı, tam fərqli oyun da görə bilərdik. İlk növbədə, meydanda döyüşkən kollektiv olmalı idi. Görünür, «Keşlə» hələ böyük problemlərindən ayırlmayıb.

«Qəbələ»nin şansının tükənməməsini elə ikinci matç da əyani nümayiş etdirdi. Lakin burda məşqçi səhvlərindən daha çox danışmaq olar. Təcrübəsizlik bir yana, rəqibin ilk görüşdən sonra da çözülməməsi qarşıdakı dövrdə bu kollektivi ətin sınaqların gözlədiyini aşkar göstərir.

Bu vəziyyətdən çıxmaq üçün yalnız rəhbərindən məşqçisinə və futbolçusuna qədər hər kəsin bir məqsəd ətrafında birləşməsi lazımdı. Əks təqdirdə, «Qəbələ»nin yolu eniş-yoxuşlu olacaq.

Bunun üçün ilk növbədə məqsədlərə, hədəflərə aydınlıq gətirilməli, imkanlar doğru qiymətləndirilməli və konkretliyə doğru addım atılmalıdır.

Əvvəlki sükançının – Roman Qriqorçukun dövründə komandada peşəkarlıq ab-havasını az-çox baş məşqçinin nüfuzu və ona verilmiş kard-blanş həll edirdisə, bu dəfə etimadın həddi ilə bağlı qərarlar verilməlidi.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti