Avroliqada daha bir xoşbəxt

2 Avqust 2018 08:48 Avropa Liqası 428
Avroliqada daha bir xoşbəxt

Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün 3-cü təsnifat mərhələsinə vəsiqə qazanacaq daha bir klubun adına aydınlıq gəlib.

Bu, Belçikanın “Genk” klubu olub. Doğma meydanda keçirilmiş ilk oyunda Lüksemburq “Fola Eş”inə 5 cavabsız qolla qalib gələn bu komandanın belə bir üstünlüyü əldən verəcəyi inandırıcı görünmürdü.

Səfərdə də darmadağına imza atan belçikalılar növbəti mərhələyə yüksəliblər. Avroliqanın qalan bütün qarşılaşmaları isə avqustun 2-də keçiriləcək.

Pünik (Ermənistan) - Tobol (Qazaxıstan) 1:0 (ilk oyun 1:2)

Fola Eş (Lüksemburq) – Genk (Belçika) 1:4 (0:5)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti