"Sevilya" "Neftçi"yə "qara gecə" yaşadan komandanı... - VİDEO

27 İyul 2018 16:12 Avropa Liqası 537
"Sevilya" "Neftçi"yə "qara gecə" yaşadan komandanı... - VİDEO

Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, "Sevilya" doğma meydanda Macarıstan "Uypeşt"ini qəbul edib.

Qarşılaşma Əndəlus təmsilçisinin 4:0 hesablı qələbəsiylə başa çatıb. "Uypeşt" 1-ci təsnifat mərhələsində "Neftçi" yə 1:3 hesabı ilə uduzduğu ilk oyunun cavab görüşündə 4:0 hesablı qələbə qazanaraq, mərhələ adlamışdı.

"Sevilya" - "Uypeşt" 4:0

QOLLAR: Xesus Navas, 7, Ben Yedder, 32 (pen), Pablo Sarabia, 43, Franko Vaskes, 90

Qırmızı vərəqə: Branko Paulyeviç, 31

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti