Ağayev Avroliqada sensasiyalı oyunun diktatoru oldu - VİDEO

27 İyul 2018 11:36 Avropa Liqası 743
Ağayev Avroliqada sensasiyalı oyunun diktatoru oldu - VİDEO

FİFA referisi Əliyar Ağayev Avropa Liqasının II təsnifat mərhələsin ilk oyunları çərçivəsində keçirilən “Kayrat” – “Alkmaar” matçını idarə edib.

Sportinfo.az xəbər verir ki, Almatıdakı "Ortalıq" stadionunda keçirilən oyunda Qazaxıstan təmsilçisi Hollandiya klubuna 2:0 hesabı ilə qalib gəlib.

Əliyar Ağayev bu qarşılaşmada meydan sahiblərini 3, qonaqların 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yan xətt, Orxan Məmmədov dördüncü hakim qismində yardımçı olublar.

Çexiyalı Miroslav Liba hakim-inspektor, gürcüstanlı Vaxtanq Bzikadze UEFA nümayəndəsi funksiyasını yerinə yetiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti