"Bu komanda "Qəbələ" deyil, onlardan daha təhlükəlidi"

26 İyul 2018 15:48 Avropa Liqası 634
"Bu komanda "Qəbələ" deyil, onlardan daha təhlükəlidi"

Avropa Liqasının birinci təsnifat mərhələsində "Qəbələ"ni mübarizədən kənarlaşdıran "Proqres" ikinci mərhələdə "Honved" ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan və Macarıstan təmsilçilərini müqayisə edən Lüksemburq klubun idman direktoru Tomas Qilqemann hazırkı rəqiblərinin daha ciddi olduğunu deyib:

"Bu cütün da favoriti rəqib komandadır. İlk mərhələdə olduğu kimi indi də autsayder bizik. "Honved"ə gəlincə, bu komanda "Qəbələ" deyil, tamam fərqli rəqibdir. Düşünürəm ki, onları səfərdə udmaq mümkünsüzdü.

"Qəbələ" ilə səfər matçında olduğu kimi yenə müdafiədən oynamağa çalışacağıq. Amma bu dəfə daha diqqətli olmalıyıq. Çünki "Honved" hücumda çox təhlükəlidir".

"Proqres" Lüksemburqdakı cavab oyununda "Qəbələ"yə 0:1 hesabı ilə uduzsa da, səfərdə qazandığı qələbə (2:0) onları 2-ci təsnifat mərhələsinə yüksəltmişdi.

Digər Xəbərlər
Xəbər Lenti