Avropa Liqasında III təsnifat mərhələsinin Əsas yolunun püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə ümumilikdə 91 komandanın mümkün rəqibi müəyyənləşib.
Püşkə II raundun 37 cütü, mübarizəyə birbaşa qatılacaq 13 kollektiv, eləcə də Çempionlar Liqasının Liqa yolunun II təsnifat mərhələsinin iki cütlüyü qatılıb.
I təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran “Uypeşt” (Macarıstan) “Sevilya” (İspaniya) səddini keçərsə, “Jalgiris” (Litva) - “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.
“Keşlə”dən güclü olan “Baltsan” (Malta) “Slovan”nı (Slovakiya) da adlayarsa, “Rapid”lə (Avstriya) üz-üzə gələcək.
“Qəbələ”nin yolunu kəsən “Proqres” isə (Lüksemburq) “Honved”i (Macarıstan) üstələyəcəyi təqdirdə, “Ufa” (Rusiya) - “Domjale” (Sloveniya) cütünün qalibi ilə rəqib olacaq.
Türkiyə təmsilçilərindən “Beşiktaş” “B36 Torshavn”nı (Farer adaları) udacağı halda, LASK (Avstriya) - “Lillestrom” (Norveç) cütünün qalibi ilə görüşəcək.
“Başakşehir” isə “Aberdin”lə (Şotlandiya) qüvvəsini sınayacaq. III təsnifat mərhələsinin oyunları avqustun 9-da və 16-da keçiriləcək.
Ludoqorets (Bolqarıstan) - Videoton (Macarıstan) cütünün məğlubu – Zrinski (Bosniya və Herseqovina) - Valletta (Malta) cütünün qalibi
Legiya (Polşa) - Spartak (Slovakiya) cütünün məğlubu - Düdelanj (Lüksemburq) - Drita (Kosovo) cütünün qalibi
Sutyeska (Çernoqoriya) - Alaşkert (Ermənistan) cütünün qalibi - ÇFR Kluj (Rumıniya) - Malmö (İsveç) cütünün məğlubu
Olimpiya (Sloveniya) - Kruzeyders (Şimali İrlandiya) cütünün qalibi - BATE (Belarus) - HJK (Finlandiya) cütünün məğlubu
Şkendiya (Makedoniya) - Şerif (Moldova) cütünün məğlubu - Santa Koloma (Andorra) - Valyur (İslandiya) cütünün qalibi
Kork Siti (İrlandiya) - Seltik (Şotlandiya) - Rusenborq (Norveç) cütünün məğlubu
Spartak (Latviya) - La Fiorita (San-Marino) cütünün qalibi - Srvena Zvezda (Serbiya) - Suduva (Litva) cütünün məğlubu
TNS (Uels) - Linkoln (Cəbəllütariq) cütünün qalibi - Astana (Qazaxıstan) - Midtyulland (Danimarka) cütünün məğlubu
Dinamo (Zaqreb, Xorvatiya) - Hapoel (Beer-Şeva, İsrail) cütünün məğlubu - APOEL (Kipr) - Flora (Estoniya) cütünün qalibi
Torpedo (Kutaisi, Gürcüstan) - Vikinqur (Farer adaları) cütünün qalibi - Kukesi (Albaniya) - Qarabağ (Azərbaycan) cütünün məğlubu
Tobol (Qazaxıstan) - Pünik (Ermənistan) cütünün qalibi - Makkabi (Təl-Əviv, İsrail) - Radniçki (Serbiya) cütünün qalibi
Dunayska Streda (Slovakiya) - Dinamo (Minsk, Belarus) cütünün qalibi - Zenit (Rusiya)
Ayaks (Hollandiya) - Şturm (Avstriya) cütünün məğlubu - Dandalk (İrlandiya) - AEK (Kipr) cütünün qalibi
Senkt-Qallen (İsveçrə) - Sarpsborq (İsveç) cütünün qalibi - Riyeka (Xorvatiya)
Başakşəhər (Türkiyə) - Aberdin (Şotlandiya) - Bernli (İngiltərə) cütünün qalibi
Zarya (Ukrayna) - Braqa (Portuqaliya)
Hapoel (Hayfa, İsrail) - Hafnarfyordur (İslandiya) cütünün qalibi - Sarayevo (Bosniya və Herseqovina) - Atalanta (İtaliya) cütünün qalibi
Genk (Belçika) - Fola (Lüksemburq) cütünün qalibi - Şaxtyor (Belarus) - Lex (Polşa) cütünün qalibi
Vitorul (Rumıniya) - Vitess (Hollandiya) cütünün qalibi - PAOK (Yunanıstan) - Bazel (İsveçrə) cütünün məğlubu
Nordsyelland (Danimarka) - AİK (İsveç) cütünün qalibi – Partizan (Serbiya) - Trakai (Litva) cütünün qalibi
Hibernian (Şotlandiya) - Asteras (Yunanıstan) cütünün qalibi - Molde (Norveç) - Laçi (Albaniya) cütünün qalibi
Hayduk (Xorvatiya) - Slaviya (Bolqarıstan) cütünün qalibi - Rudar (Sloveniya) - Styaua (Rumıniya) cütünün qalibi
Sevilya (İspaniya) - Uypeşt (Macarıstan) cütünün qalibi - Jalgiris (Litva) - Vaduts (Lixtenşteyn) cütünün qalibi
Siqma (Çexiya) - Kayrat (Qazaxıstan) - Alkmaar (Hollandiya) cütünün qalibi
Baltsan (Malta) - Slovan (Slovakiya) cütünün qalibi - Rapid (Avstriya)
Yurqarden (İsveç) - Mariupol (Ukrayna) cütünün qalibi - Ventspils (Latviya) - Bordo (Fransa) cütünün qalibi
ÇSKA (Sofiya, Bolqarıstan) - Admira Vakker (Avstriya) cütünün qalibi - Styarnan (İslandiya) - Kopenhagen (Danimarka) cütünün qalibi
Olimpiakos (Yunanıstan) - Lütsern (İsveçrə)
Osiyek (Xorvatiya) - Reyncers (Şotlandiya) cütünün qalibi - Çixura (Gürcüstan) - Maribor (Sloveniya) cütünün qalibi
Qurnik (Polşa) - Trençin (Slovakiya) cütünün qalibi - Feyenoord (Hollandiya)
Yagelloniya (Polşa) - Riu Ave (Portuqaliya) cütünün qalibi - Gent (Belçika)
Spartak (Serbiya) - Sparta (Çexiya) cütünün qalibi - Brondbü (Danimarka)
Ufa (Rusiya) - Domjale (Sloveniya) cütünün qalibi - Honved (Macarıstan) - Proqres (Lüksemburq) cütünün qalibi
B36 Torshavn (Farer adaları) - Beşiktaş (Türkiyə) cütünün qalibi - Lask (Avstriya) - Lillestrom (Norveç) cütünün qalibi
Jelezniçar (Bosniya və Herseqovina) - Apollon (Kipr) cütünün qalibi - Dinamo (Brest, Belarus) - Atromitos (Yunanıstan) cütünün qalibi
Leyptsiq (Almaniya) - Haken (İsveç) cütünün qalibi - Universtatya Krayova (Rumıniya)

