"Neftçi"nin kapitanı 6 ay müddətinə fuybolla vidalaşdı

21 İyul 2018 08:36 Avropa Liqası 438
"Neftçi"nin kapitanı 6 ay müddətinə fuybolla vidalaşdı

"Neftçi"nin kapitanı Ruslan Abışov 6 ay müddətinə sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçinin qardaşı və meneceri Sərxan İbrahimoğlu bildirib.

"Ağ-qaralar"ın kapitanı Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt"ə 0:4 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünün 41-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə ayağından zədələnib.

O, meydanı xərəkdə tərk etməli olub və yerini Tural Axundova verib. İlk oyunu 3:1 hesablı qələbə ilə başa vurmasına baxmayaraq, səfərdəki böyük hesablı məğlubiyyət üzündən "ağ-qaralar" Avroliqa ilə vidalaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti