Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Neftçi” də növbəti matçına çıxıb.
“Uypeşt” ilə mübarizə aparan paytaxt təmsilçisi Bakıda keçirilmiş ilk oyunda 3:1 hesabıyla qalib gəlmişdi.
Paytaxt klubu səfərdə baş tutan cavab görüşündə üstünlüyünü qoruyaraq növbəti mərhələyə vəsiqəni təmin etməyi hədəfləmişdi.
Amma gözlənlmədən bu oyunda 4 cavabsız qolla uduzan "ağ-qaralar" da "Keşlə" və "Qəbələ"nin ardından mübarizəni erkən dayandırmalı olub.

