“Neftçi”nin baş məşqçisi: "Mən ona görə kədərlənirəm ki..."

20 İyul 2018 02:10 Avropa Liqası 865
“Neftçi”nin baş məşqçisi: "Mən ona görə kədərlənirəm ki..."

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Uypeşt”lə cavab oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, İtaliyalı mütəxəssis həm nəticəyə, həm də komandanı dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədiyi üçün kədərləndiyini bildirib:

“Ardıcıl iki qol buraxandan sonra bizim üçün çox ağır oldu. Müdafiədəki səhvdən sonra isə qapımızda üçüncü qolu gördük.

Oyunda dönüş yaratmaq üçün böyük cəhdlər etdik, amma təəssüf ki, dördüncü qol da vuruldu. Ola bilsin futbolçuları düzgün kökləyə bilməmişdik.

Əlbəttə, bu, çox acınacaqlı haldı. Həm də ona görə kədərlənirəm ki, bizi dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədik.

Bu, bizim üçün çox ağır nəticədi. Oyunu əks-hücum üzərində qurmağı düşünürdük, amma təəssüf ki, bunu həyata keçirə bilmədik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti