"Neftçi"nin oyununda insident

20 İyul 2018 00:30 Avropa Liqası 731
"Neftçi"nin oyununda insident

Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt" və "Neftçi" arasında keçirilən Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə inident baş verib.

Sportinfo.az xəbər verir ki, 55-ci dəqiqədə yerli futbolçu Donat Joter qaydanı pozduqdan sonra yerə yıxılaraq, topu vermək istəməyib.

"Neftçi"nin futbolçuları topu ondan almaq istəsələr də, Joter müqavimət göstərib. Olaya digər futbolçuların müdaxilə etməsi ilə meydanda tərəflər arasında toqquşma baş verib.

Yunanıstanlı baş hakim Yannis Papadopulos ara sakitləşdikdən sonra "Neftçi"dən Slavko Braliç, "Uypeşt"dən isə Donat Joterə sarı vərəqə göstərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti