“Qəbələ”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Lüksemburqda “Proqres”ə qarşı keçirdiyi cavab oyununda qalmaqal yaşanıb.
Sportinfo.az xəbər verir ki, matçın sonlarında “Qəbələ” ikinci dəfə rəqib qapısına yol tapsa da, hakimlər ofsayd olduğunu bildirərək qolu qeydə almayıblar.
Bu isə Azərbaycan təmsilçisinin düşərgəsində böyük narazılığa səbəb olub. Hətta “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov da meydana çıxaraq, hakimə öz etirazını kəskin şəkildə bildirib.
Qarşılaşmanın baş hakimi isə Qurbanovun bu hərəkətini cəzasız qoymayıb. Gənc mütəxəssis texniki zonadan kənarlaşdırılıb.
İlk oyunda 0:2 hesabıyla uduzan “Qəbələ” səfərdə 1:0 hesabıyla qalib gəlsə də, mübarizəni dayandırmalı olub.

