“Qəbələ” Avroliqanı qələbə ilə tərk etdi, lakin...

19 İyul 2018 23:26 Avropa Liqası 606
“Qəbələ” Avroliqanı qələbə ilə tərk etdi, lakin...

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qəbələ” də növbəti matçına çıxıb.

Lüksemburqun “Proqres” klubu ilə mübarizə aparan paytaxt təmsilçisi ilk oyunda 0:2 hesabıyla uduzduğu rəqibdən həmin məğlubiyyətin qisasını almağa ümid edirdi.

Lakin cavab matçı səfərdə keçiriləcəyindən, Sənan Qurbanovun çalışdırdığı kollektivin hədəfinə çatması çox çətin görünürdü.

Komandamız bu dəfə minimal hesabla qələbə qazansa da, bu, mərhələ adlamaq üçün yetərli olmayıb. Beləcə, "Keşlə"nin ardından, "Qəbələ" də qalib gəldiyi halda, buna sevinə bilməyib.

"Proqres" - "Qəbələ" 0:1

Qol: S.Monroz, 28.
Qırmızı vərəqə: T.Xəlilzadə, 79.
İlk oyun: 2:0
Hakimlər: Keyt Kennedi, Stefen Donaldson, Kristian Fransis Hanna, Evan Boys (hamısı Şimali İrlandiya).
Differdanj. Şəhər munisipal stadionu.

Proqres: 1. Sebastyan Flauss, 7. Mayron de Almeyda, 9. Yannik Bastos, 10. Olivye Till, 14. Emmanuel Fransua, 19. Mario Mutş, 20. Cordan Qobron, 22. Marvin Martins, 23. Adrian Ferino, 31. Sebastyan Till (k), 34. Tim Holl.
Ehtiyat oyunçular: 13. Çarli Şinker, 5. Ben Voqel, 8. Dino Ramdedoviç, 21. Kevin Kerqer, 28. Romeu Torres, 70. Matias Markes, 87. Aleksandr Karapetyan.
Baş məşqçi: Paolo Amodio.
Qəbələ: 22. Dmitri Bezotosnı, 5. Rasim Ramaldanov, 10. Rauf Əliyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 4. Elvin Camalov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 13. Hacıağa Hacıyev, 21. Lalavele Atakora, 27. Bəhlul Mustafazadə.
Baş məşqçi: Sənan Qurbanov.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti